in , ,

əsəbiəsəbi ağlamalıağlamalı gülməligülməli möhtəşəmmöhtəşəm

Çimərliklərə belə gedə biləcəksiniz.

Çimərliyə getmək üçün XÜSUSİ İCAZƏYƏ ehtiyac YOXDUR.

“Sadəcə çimərliyə getməzdən öncə cimerlik.az saytına girib çimərliklər haqqında məlumat əldə edə bilərsiniz, harda adam çoxdur, sıxlıq varmı? Yer varmı? Sayt avqustun 5-dən aktivləşdiriləcək. Saytda yer almayan çimərliklərə gedənlər fərdi məsuliyyət daşıyır, oralarda dezinfeksiya tədbirləri görülməyəcək. Saytda çimərliyə dair tələblər yerləşdiriləcək”

Ülvi Mehdiyev:
“Çimərliklər saat 08:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək. Əyləncə tədbirləri qadağandır, yalnız dənizə girə bilərsiniz”

COVID -19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:

  1. Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;
  2. Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;
  3. İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;
  4. Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;
  5. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;
  6. Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
  7. Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;
  8. Qadağan olunmuş ərazilərdən istifadə etməmək;
  9. Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
  10. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.

cimerlik.az saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

Brifinq: Karantin rejimi ilə bağlı Canlı Yayım

“Mall”lar, iri ticarət mərkəzləri, “Sədərək”, “Binə” açılacaq mı?