in ,

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanma xəbərlərindən danışdı.

Müğənni, bloqer Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyev ilə “Instagram”da bir-birini izləmədən çıxarmaları barədə açıqlama verib.

Aynişan ayrılıq xəbərləri ilə özünü reklam etməsi haqda səsləndirilən fikirlərə münasibət bildirib. O qeyd edib ki, heç bir reklama ehtiyacı yoxdur:
“Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Bu günə kimi nə heç bir qalmaqala qarışmamışam, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.
Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. “Instagram” və “Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb mənə dəstək verən insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

“Amaci” izləyənlərə şad xəbər: 1 sentyabrdan icazə verilir.

Solaxaylar bu əziyyətləri çəkirlər.