in ,

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Yeni gömrük xərcləri: 700 manatlıq telefon üçün bu qədər ödəyəcəyik.

Gömrük qaydaları sərtləşdirildi.
-Artıq özünlə xaricdən rüsum ödəmədən maksimum 800$-lıq məhsul gətirə bilərsən. Əvvəl 1.500$ idi.

  • Poçt və karqo şirkətləri ilə rüsum ödəmədən maksimum 300$-lıq məhsul sifariş edə bilərsiniz. Əvvəl 1.000$ idi.
    Noutbuklar, kompüter detalları, elektronik əşyalar, smartfonlar fərdi şəkildə xaricdən mal alanlar üçün daha baha başa gələcək. Şirkətlər onsuz 1.000$ dollar limitini aylıq keçirdi.
    Qərar 30 gün sonra qüvvəyə minir. Yeni qəbul edilən limitləri keçəndə malın dəyərinin 36%-ini rüsum olaraq ödəyəcəksiniz gömrüyə.

Bunun gözəl izahını Osman Gündüz verib:

“Nazirlər Kabinetinin yeni qərarından sonra yeni müəyyən olunan limitdən (300$) yuxarı məbləğə hansısa bir mal, məsələn xaricdən mobil telefon alan hər bir sadə vətəndaş əlavə olaraq aşağıdakı ödənişləri də etməlidir :

Məsələn, vətəndaş tutaq ki , təxminən 600 – 1000 manat ətrafında mobil telefonu internet mağazadan alıb ölkəyə karqo ilə , poçtla gətirmək istəyir.
Onda vətəndaş aşağıdakı qaydada əlavə ödənişlər etməlidir :

  1. Əlavə olaraq 70 manat dövlət qeydiyyat rüsumu ödəməlidir ( imei.az) və bu , aşağıdakı qaydada bölüşdürülür :
    1 manat Prezident Administrasiyasına
    20 manat NRYTN hesabına
    49 manat dövlət büdcəsinə
  2. Əlavə olaraq ~72 manat gömrük rüsumu ödənilməlidir.
    Çünki , yeni qərarla 300$ ( ~500 m) rüsumsuz limit müəyyən olub. Telefon 700 m olarsa, 700m-500m= 200m. Bu 200 m. vəsaitdən 36% gömrük rüsumu tutulacaq, yəni ~72 manat
    Beləliklə , vətəndaş 700 manatlıq telefonu xarici internet mağazadan alıb poçtla gətirmək istəyirsə əlavə olaraq 142 manat ödəniş etməlidir.”

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

Qalmaqallı toya görə Abel Məhərrəmovla Əli Abbbasov da cəzalandırıldı

Yerə doğru asteroid yaxınlaşır.