in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

“Giveaway” nədir? Kimlər dürüstdür? Kimlər “fırladır”?

Son vaxtlar “Giveaway” sosial şəbəkədə dəbdir. Müxtəlif blogger , cütlük, müğənni, şou-biznes əhli müxtəlif mükafatlarla “Giveaway” keçirir. 

Bəziləri bu sözü ümumiyyətlə səsləndirə bilməsə də, yarışmanı keçirməkdən çəkinmir. Çoxları buna rahat qazanc yolu kimi baxır, kimiləri bu yolda izləyiciləri – sadə insanları aldatmaqdan çəkinmirlər. Bir qisim insanlar isə (bunların sayı barmaqla sayılacaq qədərdir) həqiqətən öz izləyicilərinə bəlkə də lotereyadan daha çox şans verən yarışmalarla sevindirir.

“Giveaway”dən kim nə qazanır?

Bu tip yarışmalarda 3 və ya 4 tərəf olur və əslində hər biri qazanır: “Giveaway”i səhifəsində paylaşan , “Giveaway” təşkil edən (bəzən bu elə həmin birinci tərəf olur) , iştirakçı , yəni izləyicilər və sponsorlar. Burada təşkilatçı pul, sponsorlar izləyici, izləyicilər isə hədiyyə qazanır. Bəzən izləyicilər “indiki dövrdə kim adama bu qədər pul verər?” , “bu hədiyyəni qohumları varkən niyə mənə versin ki?” tipli rəylər yazır. Lakin məsələ başqadır. Bu hədiyyəni və ya pul mükafatını təşkilatçı sponsorlardan yığılan məbləğlə təqdim edir və müəyyən bir miqdar da özü qazanır. Aylarla, illərlə əziyyət çəkərək yığdığı hesabdır və bu kiçik məbləğ onun haqqıdır.

Əlbəttə yuxarıda sadaladıqlarımız şəffaf şəkildə bu yarışmaları təşkil edənlərə aiddir.

Aydın məsələdir ki, bu yarışmalarla “instagram”dan sadəcə bir neçə profili izləyərək pul, telefon, TV , müxtəlif hədiyyələr, hətta maşın belə qazanmaq şansı əldə etməyin mümkün olması insanı iştaha gətirən amildir. Ancaq bəzi insanlar qarşısına çıxan doğru olmayan “Giveaway”lərdə də iştirak edərək bir növ aldadılmış olur. Bunun üçün həmin “Giveaway”in nə dərəcədə düzgün olduğuna əmin olmaq lazımdır.

Bəs “Giveaway”in saxta və ya doğru olduğunu necə anlamaq olar?

  1. 20-30 manatdan 150 sponsor yığıb , 10 dənə iPhone Pro Max tipli hədiyyələr qoyulan bütün “Giveaway”lər saxtadır. Heç kim öz cibindən heç kimə hədiyyə vermir. 3-4 min pul yığıb 10-15 minlik hədiyyə qoymaq mümkünsüzdür. Sponsor qiymətini daha əvvəldən təşkilatçı tərəfə və ya yarışma başlayandan sonra sponsorlardan bir-ikisinə  yazıb qiyməti öyrənib özlüyünüzdə dəqiqləşdirə bilərsiniz.
  2. Qalibləri canlı yayımda seçilməyən bütün “Giveaway”lər saxtadır. Bir də görürsən “Giveaway” bitir, canlı yayımsız qaliblər “story” bölməsində paylaşılır. Hardan çıxdı bu qaliblər? Heç nə, admin bəy, ya xanım və ya hər ikisi Mərdəkanda istirahətdədir və canlı yayım aça bilmirlər. Ona görə də qalibləri özləri seçib “story”də yerləşdirirlər. Türklər demiş, “hadi bee” 🙂
  3. Qaliblərə hədiyyəsini təqdim edərkən “story” bölməsində yerləşdirilməyən “Giveaway” saxta ola bilər. Ən azından qazanılan ödənişi kartla və ya hədiyyəni poçtla göndərdikdə “story” bölməsində yerləşdirmək olar. Hədiyyəni verərkən təqdim edib izləyici rəğbəti qazanmaq varkən, kim bunu gizli şəkildə təqdim edər ki? 🤔
  4. Qalibləri “random.org” proqramında təsadüfi rəqəm proseduru ilə seçilən “Giveaway”lərin saxta olma faizi yüksəkdir. Çünki bu proqramın bu bölməsinə daxildən müdaxilə etmək mümkündür. Bu seçimdə ən güvənilən proqram “lizaonair”dir. Daxildən müdaxilə şansı sıfırdır.
  5. İzləyicisi çox az olan , “Giveaway” postuna çox az “like” gələn və hədiyyələri dəhşətli dərəcədə “abartılı” olan “Giveaway”lər saxtadır. Çünki həmin şəxsə heç bir sponsor yüksək məbləğ verməz, yığılan kiçik məbləğ isə artıq həmin şəxsin büdcəsindədir. 🙂 

Bu yuxarıdakı sıralamanı daha çox artırmaq olar. Bu siyahıdan olan bu tip yarışmalara görə bir çox insanlar şəffaf “Giveaway”lərə də inanmır: “ə , onsuz da hamısını qohumlarına verəcəklər” , “tökülmüşdü elə maşın, camaata maşın verəcək”. Necə deyərlər qurunun oduna yaş da yanar.

Bəs kimlərin “Giveaway”inə qoşulmağa dəyər?

Bu mövzuda Maraqli.tv-nin instagram səhifəsində sorğu keçirdik və sorğuda 10 mindən çox insan iştirak etdi. Məqaləni tamamlamaq üçün iştirakçıların, yəni sadə vətəndaşların da rəylərini də öyrəndik.

Bu barədə belə qənaətə gəlmək olar ki, çox zaman izləyici özü hansı “Giveaway”ə qoşulmaq lazım olduğunu bilir. Çünki, artıq daha əvvəlki bu tip yarışmalarda qazananların dedikləri dildən-dilə yayılır və bəzi şəxslərin bu mövzuda güvən etalonu formalaşır.

Biz sizə Azərbaycanda artıq “Giveaway” sahəsində öz güvənini əldə etmiş və seçimləri hər zaman ədalətli olan instagram hesablarını təqdim etmək istəyirik. Bu şəxslərin “Giveaway” yarışmasına biznes profili ilə qoşularaq da yüksək izləyici əldə etmə şansınız var:

15. Aysel Şahverdiyeva (@aiseelll)

14. Nagehan Abdullayeva (@nagehanabdulleyva1)

13. Orxan & Nərmin (@orkhannarmin)

12. Aysel İsmayılbəyli (@ays_blog)

11. Xatira Yuzbeyova (@100beyova)

10. Nəcibə Ahmedi (@nadjiba_)

9. Arzu Kərimli (@arzum_vl)

8. Aytən Həmidli (@by_aitanfarzaliyeva)

7. Mehin Oktaylı (@iconmekh)

6. Arzu Jalilli (@arzu.ja)

5. Həmayıl (@hllyblog)

4. Ülvi & Fatimə (@ulvifatime_)

3. Asya & Fuad (@asyafuad)

2. Aysel Şükürova (@aysel.shukur)

  1. Elmira Namazova (@elmira_namazova_)

Siyahını başdan sona bir də belə təqdim edək. Beləliklə, ən güvənli və şəffaf “Giveaway” yarışmaları edən İnstagram fenomenləri:

  1. Elmira Namazova (@elmira_namazova_)
  2. Aysel Şükürova (@aysel.shukur)
  3. Asya & Fuad (@asyafuad)
  4. Ülvi & Fatimə (@ulvifatime_)
  5. Həmayıl (@hllyblog)
  6. Arzu Jalilli (@arzu.ja)
  7. Mehin Oktaylı (@iconmekh)
  8. Aytən Həmidli (@by_aitanfarzaliyeva)
  9. Arzu Kərimli (@arzum_vl)
  10. Nəcibə Ahmedi (@nadjiba_)
  11. Xatira Yuzbeyova (@100beyova)
  12. Aysel İsmayılbəyli (@ays_blog)
  13. Orxan & Nərmin (@orkhannarmin)
  14. Nagehan Abdullayeva (@nagehanabdulleyva1)
  15. Aysel Şahverdiyeva (@aiseelll)

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

45 points
Upvote Downvote

Müəllif

“Qalatasaray” Bakıya gələ bilər.

27 il Qubadlısız… – Bunları bilməliyik.