in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Aynişan və Kanandan xəbər var.

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqqer Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Maraqli.tv Axşam.az-a istinadən xəbər verir ki, ona fitnes müəllimi, həyat yoldaşı Kənan Əli ilə boşanması haqda sual ünvanlanıb.

Aynişan “Biz elə söz deməmişik, boşanmamışıq. Düz deyil” cavabını verib.

Bloqqer daha sonra sözlərinə “Qadın hər yaşda qocala bilər. Yaşadıqları həyat tərzi onu ya qocaldır, ya da cavanlaşdırıb, gözəlləşdirir. Birinci ruhun qocalır, sonra da yavaş-yavaş zahiri… Ona görə də qadını çiçəyə bənzədirlər. Su vermədikcə solur” əlavə edib.

Qeyd edək ki, Aynişan və Kənanın ayrılıq xəbəri yayılmışdı. Cütlük ayrıldıqlarını təsdiqləsə də, bir müddət sonra fotoları əməkdaşımız tərəfindən şəhər gəzintisi zamanı lentə alınmışdı.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

Keçid balları azalacaqmı?

Bakıda kran aşdı, ölən var