in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Ölkə bayraqları haqqında maraqlı faktlar

1.Abş

ABŞ-ın Bayraq kodeksinə əsasən, ölkə bayrağından reklam məqsədləri üçün istifadə edilə bilməz.

Nepal bayrağı dördkünc formaya malik olmayan yeganə dövlətdir

İsveçrə və Vatikanın bayraqları kvadrat formaya malik yeganə bayraqlardır. Qalan ölkələrin bayraqları isə düzbucaqlı formasındadır. 

Monako və İndoneziyanın bayrağı eynidir, yalnız ölçülər baxımından bir-birindən fərqlənir (Monakonun bayrağı daha ensizdir).

1977-ci ildən 2011-ci ilədək Liviya bayrağı dünyada yeganə birrəngli bayraq olub (təsvirsiz). Bayraq yaşıl düzbucaqlı formasında olub.

1936-cı il olimpiadası zamanı Lixtenşteyn və Haiti bayraqlarının eyni olduğu aydınlaşıb, bu səbəblə Lixtenşteyn öz bayrağına tac təsvirini əlavə edib. 

Çin Xalq Respublikasının bayrağındakı böyük ulduz Kommunist Partiyasının liderliyini ifadə edir. Ətrafdakı dörd kiçik ulduz isə Çin siniflərini göstərir: kəndlilər, fəhlə sinfi, kiçik burjuaziya və fəhlə sinfinin rəhbərliyi altında burjuaziya.

Paraqvay bayrağının üz və əks tərəflərində müxtəlif emblemlərin təsvir edildiyi yeganə dövlət bayrağıdır.  

İlk olimpiya bayrağı 1920-ci ildə yay olimpiya oyunlarında qaldırılıb. Bundan sonra bayraq 77 il itib.  Məlum olub ki, ABŞ-lı idmançı o zaman bayrağı dirəkdən oğurlayıb və bütün bu müddət ərzində bayraq çemodanın dibində qalıb.

2000-ci il olimpiadası zamanı təşkil edilən xüsusi mərasimdə ilk olimpiya bayrağı geri qaytarılıb və hazırda ABŞ-ın Luiziana ştatındakı Olimpiya muzeyində saxlanılır.

 
Danimarka bayrağı bu günə qədər istifadə edilən ən qədim bayraqdır. O hələ 1219-cu ildə hazırlanıb. 

Sülh zamanı Filippin bayrağı göy zolaq, müharibə vaxtı isə qırmızı zolaq yuxarıda olmaq şərtilə asılır. 

Norveç bayrağı “bütün bayraqların anası” adlandırılır. Belə ki, bu dövlətin bayrağı üzərində İndoneziya, Polşa, Finlandiya, Fransa, Niderland və Taylandın bayraqlarının kiçik təsvirini tapmaq mümkündür.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

18 points
Upvote Downvote

Müəllif

Lüks maşını ilə qarpız satdı, cərimələndi.

Dəli eyni zamanda dahi olan rəssam Salvador Dali haqqında maraqlı məlumatlar.