in ,

Şəkidə bu ərazidə kütləvi yoluxma qeydə alınıb

Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb. 

TƏBİB-dən verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.

Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.

Mənbə/qafqazinfo.az

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

-2 points
Upvote Downvote

Müəllif

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Azərbaycanda ilk: Ambulans dron hazırlanır – FOTO