in ,

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Qarabağ zəfərinin memarlarından olan PUA-lar haqqında maraqlı faktlar

Bildiyimiz kimi vətənimiz Azərbaycan Ermənistan üzərində qələbə çalmış və tarixi torpaqlarını geri almışdır. İndi isə sizə müharibə dövründə Hərbi Hava Qüvvələrimizin istifadə etdiyi Pilotsuz uçuş aparatlarından 2-si haqqında TB-2(Bayraktar) və HAROP haqqında ətraflı məlumat verək.

TB-2 Bayraktar

Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi.

“Baykar Makina” şirkəti tərəfindən istehal edilir.

TipiHALE Hücum PUA
HazırlayanBaykar Makina
İstehsalçıBaykar Makina
İlk uçuşAvqust 2019
StatusSeriyalı istehsalda
İstismarçıTürkiyə Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Qətər Hərbi Hava Qüvvələri

2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxmış və 05-06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirmişdir.PUA- nın əsas xüsusiyyətlərindən biri də onun Hava hücumundan Müdafiə sistemlərinin radarlarına düşməməsidir. Dünyada , TB-2 dən müdafiə olunacaq sistem hələ kəşf olunmamışdır.

Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələriarsenalına daxil edilmişdir. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilmişdir. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan ordusu, Qətər ordusu və Ukrayna ordusu da istifadə edir.

Silahları-

Tank əleyhinə raketlər və hava bombaları daşımaq qabiliyyətinə malikdir. Belə ki, 2015-ci ilin dekabr ayında UMTAS ATGM-nin sınaq buraxılışı baş tutmuşdur.

Dörd raketlə silahlanan Bayraktar TB2 12 saatdan çox havada qala bilər. Raketlərin hər birinin 100 tona yaxın təyziq yaratdığı qeyd olunur.Bu, davamlı hava növbəsi keçirməyə və hədəfləri müəyyənləşdirdikdən sonra raketlər atmaq üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Reaksiya müddəti aviasiya ilə müqayisədə çox yüksək olur və bu az bir zaman müddətində mövcud olan hədəflərə təsirli bir şəkildə müdaxilə etməyi mümkün edir.

İxrac edilən ölkələr və istifadəsi

  •  Türkiyə (2020-ci il may ayına qədər nominal olaraq 107 ədəd Bayraktar TB2 Türkiyənin müxtəlif təşkilatlarının xidmətindədir.)
  •  Qətər: 6 ədəd kəşfiyyat və nəzarət məqsədi ilə ixrac edilmişdir.
  •  Ukrayna: 6 ədəd istifadə olunur. Cəmi 12 sifariş verilmişdir.
  •  Azərbaycan: naməlum sayda ixrac edilmişdir.

HAROP

IAI Harop İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır və gəzən sursatdır. Bu dron anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Əlavə olaraq əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır: Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün – RCS-nin (Radar Cross Section – düşmən radarında görünmə dərəcəsi) kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər: Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar

TipiPilotsuz uçuş aparatı
İstehsalçı IAI
İstismarçılar İsrail
 Azərbaycan
 Hindistan

IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Öncələr qeyd olunduğu kimi Haropun iki növ idarəetmə üsulu vardır: Avtonom və ya bazadan idarəedilmə. Harop avtonom rejimdə özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən Haroplardan məhz bu üsulla istifadə edilmişdi. Nəticədə bir çox hədəf dəqiqliklə məhv edilmişdir. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. 5 hərbçi yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi. Düşmən Harop hücumunu aşkarlayıb radarın siqnal yaymaması üçün söndürsə belə, Haropun elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa Harop avtonom olaraq bazaya qayıdır. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə – Döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. IAI daha kiçikölçülü əməliyyatlar üçün 2015-ci ildə Haropun daha kiçik versiyasını hazırladı. Təqribi məlumata görə yeni kiçik dron Haropun 1/5 həcmində olacaq və daha kiçik – 3-4 kiloqramlıq əsas döyüş başlığı daşıyacaqdır. Bu dron daha ucuz olmaqla yanaşı tez-tez itən hədəflərə qarşı və zaman məhdudiyyətli əməliyyatlarda istifadəsi nəzərdə tutulur.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

ƏLAVƏ❗️Bu hərbçilər də “Vətən uğrunda” medalı ilə təltif edilib.

Məktəblərdə qiymətləndirmə bu qaydada keçiriləcək