in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Xəbərsiz olduğumuz təhlükələr – Bu qidaları soyuducuya qoysanız…

Gündəlik həyatımızda istifadə etdiyimiz bəzi qidalar soyuducuya qoyulduqda tərkibi dəyişir, bəzi vitaminlər ölür və insan orqanizminə mənfi təsir edir. Bir çox qida soyuducuda xarab olmadan qalsa da, bəziləri tərkibindəki faydalı qida maddələrini itirir.

Lenti.az xarici KİV-ə istinadən soyuducuya qoyularkən təhlükə saçan qidaların siyahısını təqdim edir:

Bal, mürəbbə, şokolad

Bu qidalar soyuducuda saxlandıqda orqanik təsirləri itir.

Pomidor

Pomidorun soyuducuda qumlu hala gələn quruluşu dadını azaldır. Sürətlə yumşalmağa başladığı üçün bakteriyalar əmələ gəlir və bu halda istifadə ediləndə sağlıqda problem yaradır.

Kartof

Dadı və toxumaları mənfi təsir görür. Kartof yavaş-yavaş çürüməyə başlayar, amma soyuducuda olduğu üçün görüntüsündə dəyişiklik olmaz. Buna görə də çürüdüyü bəlli olmaz.

Sarımsaq

Quru və sərin şəraitdə 3 ay boyunca olduğu kimi qalır. Soyuducuda ikən ətrafındakı hava anti-sarımsaq təsiri göstərir.

Kofe

Soyuducuda nəmlənir və ləzzətini itirir. Qısa müddət sonra boyatlaşır.

Şirniyyatlar

Şəkərli qidaları soyuducudan uzaq saxlamaqda fayda var. Çünki onların ləzzəti və forması dəyişir.

Ananas

Ananas kimi tropik meyvələri soyuducuda saxlamaq qısa müddətdə çürüməsinə səbəb olur.

Qarpız

Soyuducu havası qarpızın tezliklə xarab olmasına gətirib çıxarır.

Çörək

Bişmiş un məmulatları soyuducuda təzəliyini itirir.

Reyhan

Soyuducuya qoyulduğu andan etibarən rəngi, dadı və qoxusu dəyişir.
 Mənbə/lent.az

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

Hökumət əlilliyi olan şəxslərlə bağlı qərar verdi

TƏBİB-dən ittihamlara cavaB