Ümumi mükafat fondu 200 000 dollar olan “Champions Chess Tour” turnirində həmyerlimiz ilk turda İan Nepolniatchini məğlub etdi. 2 ci turda isə dünya 1- cisi Carlseni məğlub edən Daniel Dubovla qarşılaşan Teymur erkən qələbə ilə adını finala yazdıran ilk şahmatçı oldu. Teymur finalda Maxim Vachier Lagrav-Levon Aronyan cütünün qalibi ilə finalda mübarizə aparacaq.(Yenilənib-Levon Aronyan qalib gələrək Teymur Rəcəbova finalda rəqib olur). Final qarşılaşması Bakı vaxtı ilə 2 yanvar saat 4 də başlayacaq və 2 gün davam edəcək.Digər oyun günü isə 3 yanvar tarixidir.
