in

Ağ Evdə bayraqlar yarıya endirildi

Yanvarın 10-da Tramp tərəfdarlarının böyük bir qrupuna qarşı müdaxilə edən polis əməkdaşı Brayan Siknikin şərəfinə ithafən ABŞ bayrağı yarıya endirilib.

Spiker köməkçisi Cadd Der vəzifəsi başında olan təhlükəsizlik qüvvəsi əməkdaşının sülhü təmin etmək üçün vacib addım atdığını qeyd edib:

“Prezident Donald Tramp və administrasiyası adından Konqres polisi Brayan Siknikin ailəsinə başsağlığı diləyirik. Bu kimi amerikalı qəhrəmanların ölümünə kədərlənirik”.

Bildirilib ki, ötən gün anım məqsədilə Ağ Evdə bayraqlar yarıya endirilib.

Qeyd edək ki, Siknik Tramp tərəfdarları tərəfindən Konqresə hücum zamanı öldürülüb.

Digər bir polis Hovard Libenqudun vəzifəsindən kənarda öldüyü bildirilsə də, vəfat etmə səbəbi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

Azərbaycanda vurulacaq Covid-19 vaksini pandemiyaya son qoyacaqmı ?