🎓BRİFİNQDƏN❗️Təhsil Naziri: Azərbaycanda təhsilin bərpasına qərarı təkcə Təhsil Nazirliyi verə bilməz.
BRİFİNQDƏN❗️“Pandemiya dövründə 1 milyon şagird onlayn təhsildən aktiv istifadə edib. Həftədə 6 milyon dərs keçirilib”.
BRİFİNQDƏN: 1 fevral tarixindən bütün ölkə ərazisində ibtidai siniflər və məktəbəqədər təhsil qismən bərpa edilir.
✅1-ci və 4-cü siniflər həftədə 3-də olmaqla bərpa edilir – yalnız böyük şəhərlərə aiddir.
✅1-ci və 4-cü siniflər həftədə 4 və 5 dəfə olmaqla bərpa edilir – kiçik şəhər və kəndlərdə.
✅Digər şagird və tələbələr ilə bağlı 8 və 15 fevral tarixlərində qərar veriləcək. Qərar ölkədəki yoluxma statistikasına əsasən veriləcək.
Təhsil naziri Emin Əmrullayev:
“Digər şagird və tələbələr ilə bağlı isə 1 fevraldan sonra 2 həftə müddətinə qərar veriləcək. Qərar ölkədəki yoluxma statistikasına əsasən veriləcək.”
Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
💉50 yaşdan yuxarı müəllimlər vaksinasiya olunacaq. Onların siyahısı artıq hazırdır. Qeyd etmək istərdim ki, vaksinasiya könüllü şəkildə aparılacaq.
❗️Nazir Ali Təhsil Müəssisələrində təhsil haqları ilə bağlı açıqlama verdi:
▪️“Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur.
▪️Bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur. Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamkianı müşahidə edirik. Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən çoxunun təhsil haqqını dövlət ödəyir.
▪️Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır”.