in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Qazidir, yoxsa qazi deyil?

Hal-hazırda ölkənin iki saytı bir-biri ilə soyuq savaşdadır. Qazidir, yoxsa qazi deyil?

“Baku Tv” Qarabağ qazisi kimi Elnur Əfəndiyev haqqında video hazırladı. Video qısa müddətdə sosial şəbəkədə yayıldı. Həmin şəxs və xanımı qəhrəman elan edildi.

“Qafqazinfo” xəbər yayımlayaraq həmin şəxsin əslində qazi olmadığı haqqında araşdırma apardığını bildirdi. Bu məlumat da qısa müddətdə sosial şəbəkədə yayıldı və həmin şəxs təhqir edilməyə başlandı.

“Baku Tv” daha sonra “Videosu ilə gündəm olan qazi ilə bağlı “Qafqazinfo”dan rəzillik” başlıqlı yeni video yayımlayır və Elnur Əfəndiyevin təqdim etdiyi sənədləri göstərir, “Qafqazinfo”nu peşəkarlığa və araşdırma apararaq xəbər yayımlamağa səsləyir. Həmçinin “Qafqazinfo”nun bunu sifariş əsasında etdiyi bildirilib.

Bundan sonra Qafqazinfo “Kim kimə rəzillik edir?” başlıqlı xəbər yayımlayaraq, həmin sənədlərin saxta olduğunu, Elnur Əfəndiyevin saxta üsulla bu sənədləri hazırladığını, həmin şəxsin fırıldaqçı olduğunu, yayımladıqları xəbərdə “Baku Tv”nin adını çəkməsə də, həmin saytın “Qafqazinfo”ya birbaşa mesaj ünvanladığını yazır. “Qafqazinfo” yazır: Xəbər savaşının da bir standartı, çərçivəsi var. “Qafqazinfo”ya qarşı sərgilənən bu qeyri-peşəkar və tərbiyəsiz münasibət Azərbaycan mətbuatına bir ilk kimi düşdü desək yanılmarıq. Belə bir cavab var idisə belə, bunu təkcə Baku TV-də dərc etmək olardı.Bəlkə, bu ölkədə yeni həyata keçirilən yeni media siyasətinin təzahürüdür və sifarişi harda axtarmaq lazımdır?

🇦🇿Müdafiə Nazirliyi: “Nazirliyin arxivində Elnur Əfəndiyev adında qazi yoxdur. Ona nazirlik tərəfindən heç bir rəsmi sənəd təqdim olunmayıb”.

Biz “Maraqli.tv” olaraq bu məsələdə neytrallığı qoruyur, istənilən halda mövzunun qəhrəmanlarının hər iki əl və ayağını itirmiş şəxs və körpə uşaq anası qadının olmasını diqqətə çatdırır, hər iki saytı səbrli olmağa səsləyirik.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

33 points
Upvote Downvote

Müəllif

Azərbaycanda benzin qalxdı, ancaq…

Operativ Qərargah xəbərdarlıq edib