in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir? Hansı vaksinlər effektivdir ?

Araşdırmalara görə, “Delta” variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktı pozulur. Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də Delta variantının simptomları arasındadır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir. Bundan başqa, vaksin vurulanların “Delta” ştammı ilə xəstəxanaya yerləşdirilmə faizinin çox aşağı olduğu qeyd edilir. Üstəlik, peyvənd olunanların əksəriyyəti xəstəliyi asimptomatik keçirir.
Qeyd edək ki, “Delta” ştammı ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. Ştammın “Delta Plus” variantının daha yoluxucu olduğu müəyyən edilib.

Vaksinlərə gəldikdə isə bir neçə gün əvvəl Səhiyyə Nazirliyi Azərbaycanda vurulan vaksinlərin deltaya qarşı effektiv olduğunu bildirmişdi. Vaksin istehsal edən şirkətlərin verdikləri açıqlamalarda da bu öz əksini tapmışdı.

(Biontech)- Pfizer- vaksinlərimiz “Delta” ya qarşı da effektivdir.

Sinovac-(Coronavac)- İstehsal etdiyimiz vaksinlər “Delta” ya qarşıda sizi qoruyacaq.

Mənbə/qafqazinfo.az/ sehiyye.gov.az/ bbc.com

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

14 points
Upvote Downvote

Müəllif

Xəzərdəki yeni ada “satılır”.

Türkiyənin pilotsuz döyüş təyyarəsinin görüntüləri – Fotolar