in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Azərbaycanlı tanınmışlar təsdiq nişanı alıblar.

Bu gün bizneslər, influenser marketoloqlar, məşhur şəxslər, hətta sadə Instagram istifadəçiləri də profillərində kiçik göy təsdiq nişanını qazanmaq həvəsindədirlər. O nişanı əldə etmək isə çox çətindir və bunun üçün dəridən-qabıqdan çıxanlar var. Bu yazımda sizə həcmcə kiçik də olsa, əhəmiyyəti böyük olan həmin təsdiq nişanından danışacağam və o təsdiq nişanını qazanmaq üçün ilk atmalı olduğunuz addımları bölüşəcəyik.

Təsdiqli istifadəçi olmaq üçün mütləq məşhur olmaq və ya böyük bir biznesə sahib olmaq şərt deyil.

Təsdiq nişanlı istifadəçi olmaq nəyə lazımdır?
Adının yanında göy rəngdə təsdiq nişanının olması Instagramın sizi şəxsən tanıdığı anlamına gəlir. Təsdiq nişanı olan Instagram istifadəçiləri daha sürətlə və daha böyük auditoriyaya öz səsini çatdıra bilir. Onları normadan daha artıq insan izləməyə başlayır. Bu nişanı əldə etdikdən sonra həmin hesab bütün dünyada güvənilir hesab olunur. Bunun isə səbəbi odur ki, nişanı almaq çətin olduğuna görə prestijlidir və Instagramın işçi heyəti onu şəxsən həmin profilə təqdim edirlər.

Səhifənin təsdiqli olması pul qazandıra bilər?
Bu suala həm hə, həm də yox cavabı vermək olar. Siz səhifənizin təsdiqli olmasından istifadə edib, izləyici sayını artıra və özünüzə auditoriya yarada bilərsiniz. Bundan sonra isə auditoriyanıza keyfiyyətli və davamlı kontent təmin etməlisiniz ki, izləyiciləri müştərilərinizə çevirəsiniz. Beləliklə, əgər düzgün sosial media marketinq strategiyası qursanız daha geniş auditoriya ilə biznesinizi inkişaf etdirə bilərsiniz.

Təsdiq nişanı üçün kim müraciət edə bilər?
2018-ci ilin avqustunda Instagram qaydalarında dəyişiklik etdi. İndi istənilən şəxs Instagramda təsdiq nişanı üçün müraciət edə bilər. Əvvəllər nişan üçün yalnız məşhurlar, ictimai xadimlər, böyük markalar müraciət edə bilirdisə, indi kiçik bizneslər və sahibkarlar da müraciət edə bilir. Amma bir məsələ var. Kiçik biznesin təsdiq nişanı alması şansı daha azdır. Instagramın sisteminə görə təsdiqli olmaq üçün profil çox tanınmış, çox axtarılan marka və ya şəxs olmalıdır.

Bu gün mavi quş almış azərbaycanlılar kimlərdir ?

Bu günlərdə Azərbaycanın İnstagram üzrə məşhur şəxslərindən vayner Sabir Samiroğlu, bloggerlər Anişan Quliyeva (@aynikhalid) və Asya İsmayılova da təsdiqlənmə işarəsi əldə ediblər.

Vayner Sabir Samiroğlunun İnstagramda 788 min izləyicisi var. Bu günə qədər 392 paylaşım edib. O, İnstagrama 2013-cü ildə may ayında qatılıb. Sabir həm də Tik-tok və Youtube hesablarını da aktiv şəkildə işlədir.

Aynişan Quliyeva 1,2 milyon izləyiciyə sahibdir. O, indiyə qədər 821 paylaşım edib. Aynişan xanım İnstagrama 2013-cü ildə iyul ayında qoşulub. Xatırlatma üçün bildirək ki, Aynişan Quliyeva Azərbaycan Respublikasının Əməkdar Artisti Aybəniz Haşımovanın qızıdır.

Asya Quliyeva İnstagramda 671 min izləyiciyə sahibdir. O, rejissor Fuad İsmayılovun yoldaşıdır. İnstagram hesabında Fuad bəylə birlikdə şəkillər yayımlayır. Cütlüyün Raul adlı övladı da var. Asya İsmayılova İnstagrama 2017-ci ilin yanvar ayında qoşulub. Bu günə qədər 830 paylaşım edib.

İstifadə olunan mənbələr:
onedio.com
instagram.com

banco.az

https://banco.az/az/news/instagramda-mavi-ulduz-almaq-ucun-ne-etmek-lazimdir

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

Müəllif

Türkiyənin pilotsuz döyüş təyyarəsinin görüntüləri – Fotolar

Azərbaycanlı influenser “Balenciaga” ilə əməkdaşlıq etdi.