in

əsəbiəsəbi ağlamalıağlamalı inanılmazinanılmaz gülməligülməli möhtəşəmmöhtəşəm maraqlımaraqlı

Azərbaycanlı influenser “Balenciaga” ilə əməkdaşlıq etdi.

Bildiyimiz kimi, hazırda sosial şəbəkələr insanların gündəlik həyatında əsas predmetlərdən birinə çevrilib. Buna görə də bir çox məşhur firmalar artıq məşhur simaların deyil, sosial şəbəkələrdə göz önündə olan insanların – sosial şəbəkələrin dili ilə desək, “fenomen”lərin reklam xidmətlərindən istifadə edirlər.

Dünyaca məşhur marka olan “Balenciaga” yeni məhsullarının təqdimatı üçün azərbaycanlı blogger Arzu Cəlilli (Arzu Ja) ilə reklam əməkdaşlığı etmişdir.

“Balenciaga” ispan dizayneri Cristobal Balenciaga tərəfindən 1919-cu ildə əsası qoyulan Fransız moda evidir. O, konstruktiv standartların tərtibatçısı kimi böyük nüfuza sahib idi və Christian Dior tərəfindən “hamımızın ustası” adlandırıldı. Onun tərtib etdiyi dairəvi qabarıq yubkalar, qadınlar üçün, fərqli müasir formalar moda evinin ticarət markaları idi. Balenciaga moda evinin sahibi hal-hazırda Fransız beynəlxalq şirkəti Kering-dir. Alexander Vang Balenciaga-nın hazırkı kreativ direktorudur. “Balenciaga” yaşından asılı olmadan təcrübəli, zərif, fərdi və əmin şəkildə tərz seçimi edən bütün xanımlar üçündür.

Azərbaycancanda da filialı olan bu firmanın əməkdaşlıq etdiyi həmin xanım kimdir?

Arzu Cəlilli – İnstagram istifadəçilərinin tanıdığı adla ” Arzu Ja ” 1993-cu ildə iyulun 2-də anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Müəllimlər institutunu bitirmiş, 2016/17-ci illərdə müxtəlif turizm şirkətlərində fotoqraf olaraq fəaliyyət göstərmişdir.

2017/18-ci illər ərzində women.az jurnalında redaktor və fotoqraf olaraq fəaliyyətini davam etdirmişdir.

Şəkil çəkməyə və çəkdirməyə sevgisi elə bu dövrlərdə formalaşıb. O, 2013-cü ildən İnstagram hesabında aktiv paylaşımlar edib və burada geniş izləyici kütləsi qazanıb. Hazırda 420 mindən çox izləyicisi olan Arzu xanım İnstagramda ən aktiv profilə sahib 10 bloggerdən biridir.

O, bu mənada bir çox firmaların diqqətini cəlb etmiş və onlarla əməkdaşlıq etmişdir (məs: “Mango”, “Pepsi”, “Marc Jacobs”, “Swarovski” “Jimmy” , “Choo”, “Michael Kors” , “P&G” “Diesel” , “Dilara” , “N11” və s.). Buna görədə məşhur “Balenciaga” firmasının da Arzu Cəlilli ilə əməkdaşlıq etməsi təsadüfi deyil.

Xatırladaq ki, Arzu xanım evlidir və 2 qız övladı var.

Saytımızda bu tip xəbərləri daha çox görmək istəyirsinizsə, müsbət, əks halda mənfi seçin.

15 points
Upvote Downvote

Müəllif

Azərbaycanlı tanınmışlar təsdiq nişanı alıblar.

Uçuş üçün COVID-19 testinin qiyməti neçəyədir? – SİYAHI.